haberL haberR

İran spikerinin məsləhətçisi: Türkiyə İranın strateji partnyorudur

Kateqoriya: Siyasət Yayımlama tarixi: 25.08.2016 20:20:44

İran İslam Respublikası Məclisi spikerinin məsləhətçisi Əmir Əbdüllahiyan Türkiyənin İranın strateji partnyoru olduğunu bildirib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikası Məclisi spikerinin məsləhətçisi Əmir Əbdüllahiyan bildirib ki, Ankara Tehran üçün strateji partnyor olub və olmaqda davam edir.

“Qeyd etmək istəyirəm ki, bizim Türkiyə ilə olan əlaqələrimiz strateji xarakter daşıyır. Suriya böhranının inkişaf etdiyi son 5 il ərzində, bizim Türkiyə ilə birgə səylərimiz Suriyanın gələcəyinə dair ziddiyətlər bizim Ankara ilə olan strateji əlaqələrimizə təsir etməməsində təmərküzləşdirilib. Mənim fikrimcə, həm Tehran, həm də Ankara bu mərhələdə diplomatiyanın aparılmasının mahir manerasını seçiblər. Tərəflərdən heç biri bizim Suriya məsələsi üzrə ziddiyətlərimizi ön plana çəkən və strateji əməkdaşlığımıza kölgə salam addımlar atmayıb.”, - Əbdüllahiyan Sputnik agentliyinə verdiyi müsahibədə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.