İran Suriya probleminin həlli üçün BMT-yə 4 maddəlik plan təklif etdi

İslamazeri.az "Əl-Məyadin"ə istinadən xəbər verir ki, yüksək rütbəli iranlı səlahiyyətli Suriya probleminin həlli üçün BMT-yə və beynəlxalq tərəflərə təklif etdikləri 4 maddəlik planı açıqlayıb.
Xəbərə görə, İranın təklif etdiyi həll planının maddələri aşağıdakı kimidir:
1- Təcili atəşkəs elan edilməsi və müharibənin dayandırılması,
2- Milli birlik hökumətinin qurulması,
3- Suriyadakı bütün etnik və məzhəbi təbəqələrin hüquqlarını təminat altına alacaq şəkildə konstitusiya islahatının aparılması,
4- Beynəlxalq müşahidəçilərin nəzarətində seçkilərin keçirilməsi.
İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian "Alalam" televiziyasına daha əvvəl verdiyi açıqlamada hazırladıqları 4 maddəlik həll planının xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq tərəflərə təqdim olunduğunu açıqlamışdı. Abdullahian Suriyadakı mövcud reallıqlar əsasında yenilənmiş olan planın Suriya xarici işlər naziri Vəlid Müallimlə müzakirə ediləcəyini və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla da plan üzərində fikir mübadiləsinin aparılacağını söyləyib.
İranın müttəfiqlərini güclü şəkildə dəstəkləməyə davam edəcəyini bildirən Abdulahian Suriyada siyasi həlli məsələsində nikbin olduqlarını açıqlayıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.