haberL haberR

İran Suriyadakı atəşkəsin pozulmasından narahatdır

Kateqoriya: Region Yayımlama tarixi: 13.04.2016 9:23:32

İran Suriyada atəşkəsin pozulmasına görə narahat olduğunu bildirib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, Suriyada atəşəkəsin pozulma hallarının artması ilə bağlı narahatçılığını bildirib.

O bu haqda, BMT-in katibinin xüsusi nümayəndəsi Staffan de Misturanın Tehrana etdiyi səfər zamanı bildirib.

“Bizim Suriya ilə bağlı narahatçılığımızdan biri, son günlərdə müxtəlif silahlı qruplaşmaların aktivliyinin artması fonunda, atəşkəsin pozulma hallarıdır. Bu hal siyasi prosesə (red. – sülh danışıqlarına) ziyan vuran bilər.” – deyə İran XİN müavini Əbdullahiyan bildirib.

Xatırladaq ki, BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura İran XİN ilə, Suriyada baş verən son hadisələrin müzakirəsi üçün Tehrana səfər etmişdi.

Bu günlərdə, Staffan de Mistura, Dəməşqdə Suriya xarici işlər naziri Vəlid Muallemlə görüş keçirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.