haberL haberR

İran ümrə ziyarətini dayandırıb

Kateqoriya: İslam Yayımlama tarixi: 13.04.2015 15:38:27

Səudiyyə Ərəbistanının Ciddə Hava Limanında baş verən insidentə görə İran ümrə ziyarətini müvəqqəti dayandırıb

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının məndəiyyət və islami irşad naziri Əli Cənnəti ümrə ziyarətində iki gəncin Ciddə Hava Limanında təcavüzə məruz qalmasının araşdırılmasının sonuna qədər iranlı zəvvarların ümrə ziyarətinə səfər etməsi dayandırıb.

Qeyd edək ki, mart ayının 28-də ümrə ziyarətindən geri dönmək üçün Sədiyyə Ərəbistanının Ciddə Hava Limanında iki iranlı gənc təhlükəsilik xidmətinin yoxlamsı zamanı təcavüzə məruz qalıb. Bu insidentdən sonra İranda Səudiyyə Ərəbistanı səfirliyi və konsulluqları önündə İran xalqı etriaz aksiyaları keçirərək öz dərin narahatçılıqlarını ifadə ediblər.

İranın mədəniyyət və irşad naziri bəyan edib ki, ümrə ziyarətinə getmək qadağası Səudiyyə hökumətinin cinaytəkarların istintaqını tam bitirənədək və günahkarları cəzalandırdıqdan sonra bərpa ediləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.