İran və Azərbaycan arasında balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalanacaq

Bunu APA-nın İran bürosuna açıqlamasında İran kənd təsərrüfatı nazirinin müavini və ölkənin Balıqçılıq Təşkilatının sədri Həsən Salehi deyib.
H. Salehi bildirib ki, Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında saziş imzalandıqdan və bu ölkələrin parlamentində təsdiqləndikdən sonra İran və Azərbaycan arasında balıqçılıq və Xəzərin su bioloji resursları sahəsində faydalı müzakirələr aparılıb: “Əldə olunan razılığa əsasən Azərbaycan və İran arasında balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalanacaq. İran balıqçılığın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir”.
H. Salehi qeyd edib ki, su resurslarının bərpası, balıq ovunun idarə edilməsi, nərəkimilərin yetişdirilməsi sahəsində təcrübə mübadiləsi və müştərək potensiallardan yararlanmaq İranın Azərbaycanla əməkdaşlıq etmək istədiyi önəmli sahələrdir. O, Xəzəryanı ölkələrin nərəkimilərin istehsalının artırılması sahəsindəki sazişin icrasına başladıqlarını söyləyib: “Ümid edirik ki, Xəzər dənizində bu dəyərli balıq növünün yaşadılmasına nail ola biləcəyik”.
H. Salehi Rusiyanın İranda balıqçılıq sahəsindəki investisiyalarından da danışıb: “Rusiya yaxın vaxtlarda İranın Astara və Qeşm bölgələrində balıqçılıq sahəsinə investisiya yatıracaq. Adları qeyd olunan bölgələrdə sərmayə yatırmağı Rusiyaya biz təklif etmişik. Bu ölkə təkliflərə baxır, tezliklə Rusiya balıqçılıq komitəsinin üzvləri İrana səfər edəcək və bu layihə icra olunacaq”.
Qeyd edək ki, bu il ərzində, indiyədək İran Rusiyaya 1000 ton balıq məhsulları ixrac edib. İlin sonunadək (İranda il martın 21-də dəyişir) bu rəqəmin 5 min tona çatdırılması planlaşdırılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.