haberL haberR

İran və Azərbaycan elektrik enerjisi mübadiləsini artırıb

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 10.08.2016 14:16:19

İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi 2,5 dəfə artıb.

Bu barədə Trend-ə İranın energetika naziri Həmid Çitçiyan deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında yeni 330 klovoltluq 52 km. olan elektrik ötücü xətləri istismara verilib:

“Bununla da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata çatdırıb”.

İranlı nazir, həmçinin “Azərenerji” rəhbərliyi ilə elektrik enerjisi sahəsində əməkdaşlığın artırılması istiqamətində birgə işlər nəzərdə tutulduğunu qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.