haberL haberR

İran və İraq "Ərbəin" zəvvarlarına xidmətlə bağlı əməkdaşlıq edir

Kateqoriya: Region Yayımlama tarixi: 20.11.2015 1:40:57

İranın daxili işlər naziri "Ərbəin" zəvvarlarına xidmətin yaxşılaşdırılması üçün İraq dövləti ilə əməkdaşlığın edilməsindən xəbər verib.

İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi məlumata görə, İranın daxili işlər naziri Əbdürrıza Rəhmani Fəzli İranın cənubunda, Xuzestan vilayətində, Şələmçə sərhəd infrastrukturlarına baxış keçirərəkən bu  haqda məlumat verib.

İranlı nazir bu haqda deyib: "İraqın vəziyyətini və Ərbəin mərasimində iştirak üçün bu ölkəyə gələn zəvvarların sayının çoxluğunu nəzərə alaraq, xüsusilə iranlı zəvvarların rifahı və rahatlığı üçün İraq ərazisində bəzi imkanlar yaradılıb." 

Rəhmani Fəzli "Ərbəin" mərasimində iştirak etmək üçün İraqa səfər etmək istəyənlərə rəsmi sənədlərini yanlarında götürmələrini və pasport ilə rəsmi sərhəd keçid məntəqələrinə müraciət etmələrini tövsiyə edib. 
İranın daxili işlər naziri həmçinin, "Ərbəin" zəvvarlarına tövsiyə edib ki, qayıdışla bağlı səfərlərinin eyni günə təsadüf etməsindən çəkinsinlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.