haberL haberR

İran və İraq İmam Hüseyn (ə.s) türbəsini genişləndirir

Kateqoriya: İslam Yayımlama tarixi: 18.02.2015 15:21:45 5104 dəfə oxunub.

İran prezidentinin birinci müavini İraqa səfər edib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, İraqa səfər edən İran prezidentinin birinci müavini İshaq Cahangir  İmam Hüseyn (ə.s) türbəsinin genişləndirilməsi haqqında saziş imzalayıb.

İki ölkə arasında imzalanan müqaviləyə görə, İmam Hüseyn (ə.s) türbəsi, 46 min kvadratmetrlik sahədə, 170 min kvadrat metr ölçüdə və 3 qatdan ibarət olacaq. Bu üç qatın iki qatı yerin altında, bir qatı isə üst qat olacaq.

Türbəyə məxsus sahədə kitabxana, muzey və dua sahələrinin yer alması da planlaşdırılır. Bu layihədən sonra Hz. Zeynəb(s.ə) türbəsinin tikintisinin başlanılması nəzərdə tutulur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.