haberL haberR

İran xarici işlər naziri Cavad Zərif Türkiəyəyə səfəri çərçivəsində Ərdoğan və Çavuşoğlu ilə görüşüb (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.08.2016 12:57:57

Cavad Zərif: "Biz Türkiyə və Rusiya əlaqələrinin güclənməsinin də tərəfdarıyıq."

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə cümə namazında iştirak edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif namazdan sonra prezident sarayında Ərdoğanla xüsusi görüş keçirib.

Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşən doktor Zərif terrorun Tehranla Ankaranın ortaq düşməni olduğunu dilə gətirərək bildirib: “İki ölkənin terrorla mübarizədə hədəfləri eynidir. Əlbəttə ki, bəzi məsələlərdə fərqli düşüncələrə sahib olmağımız təbii haldır. Lakin terrorçuların məhvi barədə düşüncələrimiz eynidir. Biz Türkiyə ilə əlaqələrimizi gücləndirmək qərarındayıq. Biz Türkiyə və Rusiya əlaqələrinin güclənməsinin də tərəfdarıyıq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.