haberL haberR

İran xarici işlər naziri “Hizbullah” hərəkatının baş katibinə başsağlığı verib

Kateqoriya: Region Yayımlama tarixi: 14.05.2016 17:22:29

İran xarici işlər naziri Məhəmməd Zərif “Hizbullah” hərəkatının baş katibi Seyid Həsən Nəsrullaha başsağlığı verib

İslamazeri.az İran ediasına istinadən xəbər verir ki, İran xarici işlər naziri Muhəmməd Cavad Zərif , Hizbullah hərəkatının baş katibinə göndərilmiş məktubda,  Livan xalqına, hökümətinə və müqavimət döyüşçülərinə, Hizbullah komandiri Mustafa Bədrəddinin şəhadəti ilə bağlı başsağlığı verib.

Məlumata əsasən, Muhəmməd Cavad Zərifin məktubunda deyilir: “Heç şübhə yoxdur ki, bu yorulmaq bilməyən qəhrəman, Allah əsgərinin şəhadəti, müqavimət qüvvələrinin sionizm və terrorizmə qarşı olan mübarizələrindəki iradəni daha da möhkəmləndirəcək.”

İran xarici işlər naziri, şəhidin dərəcəsinin artmasını, onun ailəsi və silah yoldaşlarına isə səbr və dözüm arzu edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.