haberL haberR

İran XİN: Terrorizmlə mübarizə aparmaq üçün beynəlxalq səyləri birləşdirmək lazımdır

Kateqoriya: Region Yayımlama tarixi: 09.07.2016 13:18:32

İran tərəfi terrorla mübarizə üçün beynəlxalq səylərin birləşməsinin vaxtı çatdığını bildirib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, İran qətiyyətli şəkildə İraqın paytaxtı Bağdad şəhərindən şimalda yerləşən Səlahəddin əyalətinin Bələd şəhərində  baş verən terror aktını pisləyib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi qeyd edib ki, təkfirçi terrorizm və onun ağılsız addımları ilə mübarizə aparmaq üçün beynəlxalq səylərin birləşdirilməsi lazımdır. Qeyd etmək lazımdır ki, Bələd şəhərində minalaşdırılmış avtomobilin, o cümlədən kamikadzenin özünü partlatması nəticəsində 35 nəfər dünyasını dəyişib və daha 60 nəfər isə yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.