haberL haberR

İran yaxın zamanda Rusiya ilə yeni neft müqavilələri bağlaya bilər

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.07.2016 16:51:26

İran 30 milyard olan 70 neft-qaz layihəsi təqdim edib

İslamazeri.az-ın "Sharg" qəzetinə istinadən verdiyi xəbərə əsasən, İran yaxın zamanda rusiyalı partnyorları ilə yeni neft-qaz müqavilələrini müzakirə etməyi planlaşdırır. İran İslam Respublikası Rabitə və Kütləvi Kommunikasiya naziri Mahmud Vaezi bildirib.

Daha əvvəl planlaşdırılırdı ki, İran beynəlxalq neft-qaz şirkətləri üçün iyul ayına yeni neft investisiya müqaviləsi hazırlayacaq.
“İran neftinin investisiya müqaviləsi üzrə işlərin mərhələləri keçirilib. Biz yaxın zamanda rusiyalı əməkdaşlarımızla müzakirə edəcəyik. Prinsipcə, biz Rusiyanın neft şirkətləri ilə sıx əməkdaşlığı salamlayırıq. Bizim əlaqələrin həcmini nəzərə almaqla, energetika üzrə işçi qrupunun yaradılması çox effektiv ola bilər.”, – deyə Vaezi Rusiya energetika naziri Aleksandr Novakla keçirdiyi görüşün yekunlarına dair jurnalistlərə verdiyi məlumatda bildirib.
İran ötən ilin noyabr ayında neft-qaz sektorundaki yeni sazişlər üzrə Tehranda keçirilmiş beynəlxalq konfrans zamanı xarici investorlar üçün ümumi dəyəri 30 milyard olan 70 neft-qaz layihəsi təqdim edib. Neft müqavilələrinin yeni modeli neftin cari qiymətləri şərtində İran neft-qaz sənayesinə kapitalların aktiv şəkildə cəlb edilməsini nəzərdə tutur.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.