haberL haberR

İran yeni qırıcı təyyarəsini təqdim edib- (Foto, Video)

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 09.02.2015 17:48:00

“Saeqeh-2” qırıcı təyyarəsi İran Hərbi Hava Qüvvələrinə təhvil verilib

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, İran yeni qırıcı təyyarəsini təqdim edib. İran Müdafiə Nazirliyinin  mütəxəssisləri tərəfindən hazırlanan qırıcı təyyarə “Saeqeh-2” İran Hərbi Hava Qüvvələrinə təhvil verilib.  Bu məlumatı İran Müdafə Nazirinin müavini Əmir  Hatəmi bəyan edib. Təyyarə 1979-cu il İslam İnqilabına həsr edilən tədbirlərin 8-ci günü təqdim edilib. "Saeqeh-2" təyyarəsi müasir radioelektornika vasitəsi ilə təchiz edilib və "Stels" texnologiyasına bənzər sistemlə  hazırlanıb.

Qeyd edək ki, "Saeqeh-2" qırıcısı 2014-cü ildə  İran Hərbi Aviasiyasına təhvil verilən "Saqeh" qırıcısının bazasında istehsal edilib. 













Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.