haberL haberR

İranda 5 PJAK terrorçusu öldürülüb

Kateqoriya: Region Yayımlama tarixi: 13.06.2016 12:30:44

İranın İnqilab Keşikçilər Korpusu Sepahın quru qüvvələri bu haqda məlumat yayıb

İslamazeri.az-ın "SəhərTV"nin portalına istinadən verdiyi xəbərə görə, İranın İnqilab Keşikçilər Korpusunun quru qüvvələri ölkənin şimal-qərbində Pjak terror qruplaşmasının 5 nəfərlik bir bölməsinin məhv edildiyini bildirib.

SEPAH-ın bəyanatında bildirilir:  "Ölkənin şimal qərbində Sərdəşt bölgəsində PJAK terror qruplaşmasının 5 nəfərlik bir qrup dəqiq əməliyyat çərivəsində müəyyənləşmiş və Sepahın Quru Qoşunlarının Həmzə Seyyidüş-Şühəda (ə) Qərargahı mübarizlərinin əməliyyatı ilə məhv edilmişdir."

Bəyanatda bu terror qrupundan diqqəti cəlb edəcək dərəcədə silah-sursat və sənədlərin götürüldüyü də qeyd edilib.

"Məhv edilmiş terrorçuların ötən ay Sərdəşt sərhəd rayonunda yerli bəsiclərdən 2 nəfərin şəhid edilməsi, eləcə də Sepahın bölgədəki məhrumluğun aradan qaldırılması və quruculuq layihələrinin icrası ilə əlaqədar bir bəsic mühəndisin şəhid edilməsində əlləri olub. Qeyrətli və inqilabçı xalq, Sepah döyüşçüləri və yerli bəsiclər tam ayıq-sayıqlıqla beynəlxalq imperializm, inqilab və islam quruluşunun düşmənlərinə bağlı amillərin hərəkətlərini izləyir və təhlükəsizliyə qarşı istənilən addıma möhkəm cavab veriləcəkdir.", -deyə bəyanatda qeyd edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.