haberL haberR

İranda Alzheimer xəstəliyinin qarşısını almaq üçün dərman ixtira edildi

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 09.02.2015 14:48:59

İran tibdə yeni uğura imza atdı

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən məlumat verir ki, Tehran Tibb Universitetinin elm adamları  zəfərandan alzheimer xəstəliyinin qarşısını alan dərman istehsal ediblər. 

Araşdırma qrupunun zəfəran üzərində 10 ildən çox apardığı araşdırmalardan sonra, depressiya, alzheimer və bu növdən olan digər xəstəliklərin qarşısını alan dərman istehsal edilib. Araşdırma heyətinin rəhbəri Cəmaləddin Cəlali zəfəranın İranın şərqinə aid bitki olduğunu və İbn Sinanın "Qanun" adlı əsərində bu bitkinin bir çox müsbət təsiri haqqında açıqlama verildiyini qeyd edib.

Qeyd: Alzheimer bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.