haberL haberR

İranda azərbaycanlılar doğma dillərində təhsil ala biləcəklər

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.05.2016 15:29:48

İran prezidenti Həsən Ruhani ölkə ərazisində yaşayan milli azlıqların doğma dildə təhsil alma hüququnu təsdiqlədi.

Bu barədə Trend İranın IRINN telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, İranın şimali-qərbində Mahabad şəhəri sakinləri qarşısında çıxış edərkən Ruhani bəyan edib ki, ölkə ərazisində yaşayan milli azlıqların nümayəndələrinin öz doğma dilini öyrənmə imkanı olmalıdır.

Onun sözlərinə görə, İran administrasiyası Təhsil Nazirliyi ilə İran konstitusiyasının 15 maddəsinin tətbiqini müzakirə edirlər.

15-ci maddədə deyilir ki, “(İranın) rəsmi dili... fars dilidir... amma ölkədə regional və tayfa dillərinin mətbuatda və kütləvi informasiya vasitələrində, eləcə də məktəbdə ədəbiyyatın tədrisində istifadəsi mümkündür və bu dillər fars dilinə əlavə kimi qəbul edilir”.

Prezidentin sözlərinə görə, Təbrizdə (Şərqi Azərbaycan vilayətinin paytaxtı), Ərdəbildə və Kürdistan vilayətində milli azlıqların dil mərkəzləri yaradılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.