İranda çox yüksək maaş alanlar istefaya göndərilə bilər

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran prezidentinin birinci müavini İshaq Cihangiri "astronomik maaş" alanların istefa etmələrinin vacib olduğunu bildirib.
Son günlərdə İranda müzakirə mövzusu olan çox yüksək maaş alan məmur vəzifələri haqqında danışan İran prezidentinin birinci müavini İshaq Cihangiri "Bu məsələ dövlət tərəfindən ciddi bir şəkildə təqib edilir. Astronomik maaş alanlar istefa verməlidir", -deyə bildirib.
"Ölkəmizdə iqtisadi sahənin ön plana çıxarılması lazımdır. İqtisadi məsələlərə yüngül yanaşmaq təhlükəsizlik problemlərinin yaranmasına səbəb olur. Ölkəyi güclü göstərən ən önəmli faktorlardan biri iqtisadiyyatdır", -deyə Cihangiri əlavə edib.
Qeyd edək ki, İslam İnqilabının rəhbəri və İranın Ali Dini Lideri Ayətullah Xamenei Fitr namazının xütbəsində bu məsələyə toxunmuş, İranda bəzi məmurların həddindən artıq maaş alması ilə əlaqəli məsələnin həlli üçün lazımı addımların atılmasını tələb etmişdi.
O “Düşmən bu məsələdən bizi sarsıtmaq üçün istifadə etmək niyyətindədir. Həddindən artıq maaş alanlar çox olmasa da, onların az olması belə zərərli və ayıbdır. Bu məsələyə ciddi yanaşılmalı və xalqın güvənini əldən verməməliyik. Ümüd edirəm ki, Allah, bütün məmurlara vəzifələrinin icrasında yardım edəcəkdir.”, - deyə qeyd etmişdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.