haberL haberR

İranda daha 20 terrorçu həbs olundu

Kateqoriya: Region Yayımlama tarixi: 21.07.2016 15:46:57

Yeraltı baza aşkar olunub

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikası Daxili İşlər Nazirliyinin başçısı Əbdülreza Rəhmani Fəzli bu gün bildirib ki, təhlükəsizlik xidmətlərinin əməkdaşları son iki gün ərzində ölkənin şərqində terror qruplaşmasının 40 üzvünü həbs ediblər.

İRNA agentliyi bildirib ki, əməliyyat zamanı terrorçular tərəfindən istifadə olunan, uzunluğu 40 metr, dərinliyi 20 metr olan gizli yeraltı tunel aşkarlanıb. Saxlanılanların hansı terror qruplaşmasının mənsubları olduğu barədə məlumat hələ ki, verilməyib. Terrorçuların milliyətləri barədə də məlumatlar təqdim edilməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.