İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
Kateqoriya: Region
Yayımlama tarixi: 10.05.2015 2:53:10
5053 dəfə oxunub.

İslamazeri.az-ın kürd mediasına istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə İranda kürdlərin sıx yaşadığı Mahabad şəhərində 4 ulduzlu "Taha" otelində işləyən Fərinaz Hüsrəvani adlı qız özünü işlədiyi otelin 4-cü mərtəbəsindən aşağı ataraq intihar edib.
Bundan sonra, əhali otelin qarşısına yığılaraq etiraz ediblər.
Polisin əraziyə gəlməsi toqquşmalara səbəb olub, 18 nəfərin xəsarət aldığı bildirilir.
Mahabad meri Cəfər Kətayi təcavüzə cəhdi təsdiqləyib...
Mahabad meri Cəfər Kətayi Fərinaz Hüsrəvaninin intiharı ilə bağlı istintaq araşdırmalarının bitməsini gözləməyə çağırıb.
Mer rəsmi xəbər agentliyi olan "IRNA"ya açıqlama verərək bildirib ki, telefon danışıqları, təhlükəsizlik kameraları və bütün dəlillər araşdırılır. Mer həmçinin Fərinaza qarşı təcavüzə cəhdə ittiham olunan şəxsin həbs edildiyini də önə çəkərək deyib: "Şübhəli şəxs qismində bir nəfər həbs edilib. Lakin həbs olunan şəxs bəzilərinin iddia etdiyi kimi, heç bir rəsmi qurumun işçisi deyil, o otel işçilərindən biridir".
"Rudav" kürd telekanalının məlumatına görə, otelin müdiri Təbriz şəhərində qeydiyyatda olan Mürtəza Haşimi həbs olunub.
Vali yardımçısı Əlirza Razifər da açıqlama verərək, polisin etirazçılara çox yumşaq davrandığını, lakin etirazlarda şiddət artacağı təqdirdə əlavə tədbirlər görüləcəyini bildirib. Razifər həmçinin kürd gəncləri xarici kəşfiyyat qurumlarına bağlı saytlar tərəfindən etiraza cəlb etdiyini və yalan məlumatlarla etirazları alovlandırmaq istədiyini qeyd edib.
Qeyd edək ki, İranda fəaliyyət göstərməyən kürd saytlar Fərinaz Hüsrəvaninin İranın hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən zorlamadan qaçaraq intihar etdiyini yaymışdılar.
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
İranda kürdlər etiraza qalxdı, otel yandırıldı, olaylara səbəbkarlar yaxalandı (Foto)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.