haberL haberR
İran neft hasilatını tezliklə gündəlik 1,5 dəfə artıraraq 4,3 milyon barelə çatdıracaq

İslamazeri.az-ın anspress.com-a istinadən verdiyi  məlumata görə, bunu İran neft nazirinin müavini Mənsur Moazzami bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, neft emalı da paralel şəkildə yüksələcək. Bu, indi gündəlik 1,8 milyon barel təşkil edir. Bu rəqəmin 3 milyon barelə çatdırılması planlaşdırılır. 

Xatırladaq ki, OPEK bu ilin sentyabrında İranda gündəlik 2,675 milyon barel neft çıxarıldığını bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.