İranın 350 minlik ordusu İŞİD-ə qarşı...
Kateqoriya: Xəbərlər
Yayımlama tarixi: 17.01.2015 19:51:34
13813 dəfə oxunub.

İslamazeri.az-ın Kuveytin “Əl Rai” qəzetinə istinadən verdiyi xəbərə görə, İranın 350 minlik əsgər və zabitindən ibarət İran-İraq sərhədinə cəm edilmiş ordusu hər an İŞİD-ə qarşı döyüşə qatılaraq müqəddəs ziyarətgahların müdafiəsini həyata keçirə bilər.
Kuveyt qəzeti bu iddiaları İranlı məsul şəxsə istinadən yayıb.
Məlumatda bildirilir ki, İraq ordusunun izni olarsa, İran ordusunun 350 minlik qoşunu İŞİD-ə qarşı geniş çaplı əməliyyata başlaya bilər.
İranlı mənbənin sözlərinə görə, İran İŞİD-i böyük təhlükə olaraq görür və bu təhlükə təkcə İran İslam Respublikası üçün deyil, həmçinin müqəddəs Kərbəla və Əsgəriyyə ziyarətgahları üçün də keçərlidir: “Buna görə də, İran ordusunun elit qüvvələri hərbi hazırlıq vəziyyətinə gətiriliblər. Düşmənin Kərbəlaya yaxınlaşması baş verərsə, İran ordusu əməliyyatlara start verəcək”.
İranlı mənbə həmçinin bildirib ki, İran tərəfi İraq ordusuna demək olar ki, hər gün hərbi mütəxəssis və silah yardımı edir.
Mənbə onu da bildirib ki, İran tərəfi praktiki olaraq İraqın hərbi ehtiyyaclarını təmin etməklə yanaşı, elektron kəşfiyyat sahəsində və havadan müşahidə sahəsində də dəstək verir.
İranlı mənbə ABŞ və Qərb ölkələrinin hərbi koalisiyasının İŞİD-ə qarşı əməliyyatlarını da tənqid edərək, koalisiyanın İŞİD-ə qarşı ciddi bir mübarizə aparmadığını deyib: “Bu cür addımlar Bağdadı ciddi təhlükə ilə üz-üzə qoyub.”
Mənbə, İranın İraqın suverenliyini təhlükə altına qoyacağı haqda bəzi fikirləri də tənqid edərək: “Bu xəbərlərin zərrə qədər həqiqəti yoxdur və İran ancaq İraq hökümətinin izni ilə addım ata bilər”- deyib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.