haberL haberR

İranın Ali Dini Lideri tələbələrə namazlarını vaxtında qılmalarını və özlərini mübarizəyə hazırlamalarını tövsiyə etdi

Kateqoriya: Region Yayımlama tarixi: 13.07.2015 1:08:38

İranın Ali Dini Lideri universitet tələbələrilə görüşüb

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, İranın Ali Dini Lideri  Ayətullah Seyid Əli Xamenei tələbələrlə görüşüb.
O sözlərinə mübarək Ramazan ayının mənəvi cəhətlərinə toxunaraq başlayıb və gənclərə namazlarını ilk vaxtda və bacardıqca camaatla qılmalarını tövsiyə edib.
Ayətullah Xamenei sözlərinin davamında bölgədə olan proseslərə toxunraq bildirib: “Amerika və bölgədə olan bəzi qüvvələrin gizli şəkildə toplanaraq İranın bölgədə olan nüfuzunun artmasını müzakirə etmələrindən xəbərdarıq, lakin əllərindən bir şey gəlməyəcək. Liberal Qərb Səudiyyənin Yəmənə qarşı olan təcavüzlərinə qarşı susur və BMT öz abırsız qətnaməsində bombalayanları deyil, bombalananları məhkum etdi. Bu məsələlərin kökü Səudiyyə və onları dəstəkləyənlərin İranın bölgədə olan nüfuzuna qəzəblənmələridir. Bu nüfuz ilahi bir nemətdir və silaha və ya fiziki gücə söykənmir. Biz Şəhid Behiştinin diliylə, düşmənlərimizə “Bu qəzəblə ölün” deyirik.”
Tələbələrin birinin nüvə müzakirələri ilə bağlı verdiyi suala Ayətullah Xamene belə cavab verib: “İmperialist qüvvələrlə mübarizə Quranın bizə bəxş etdiyi çərçivələr əsasında heç vaxt tətil olmayacaqdır. Bu gün ABŞ bu qüvvələrin (imperialist qüvvələr) bariz nümunəsidir. Müzakirə heyətinə də bildirmişik ki, yalnız nüvə məsələləri barədə müzakirə etməyə haqqları var. Bəzən ABŞ tərəfi Suriya və Yəmən kimi digər məsələləri önə çəkmək istədikləri zaman, heyət üzvlərimiz bu barədə müzakirə etməkdən boyun qaçırırlar. Siz tələbələr də özünüzü bu mübarizəyə hazırlamalısınız.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.