haberL haberR

İranın Bakıdakı səfirliyində anım tədbiri keçiriləcək

Kateqoriya: İslam Yayımlama tarixi: 29.09.2015 12:30:02

Tədbir Minada dünyasını dəyişmiş zəvvarların xatirəsinə təşkil edilir
İslamazeri.az-a daxil olan məlumata görə, bu il həcc mövsümü zamanı bir çox İranlı hacıların Mina faciəsində ölümü ilə əlaqədar İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin 1-ci binasında dövlət rəsmiləri və Azərbaycan Respublikasında yerləşən xarici diplomatların öz ürək sözləri və başsağlığını bildirmək üçün xüsusi xatirə kitabı açılacaqdır.
İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin mətbuat katibi Seyid Məhəmməd Ayətullahi bu xəbəri verərək bildirmişdir ki, İran səfirliyinə gəlib xatirə kitabını imzalamaq mərasimi sentyabr ayının 30-u çərşənbə günü və oktyabr ayının 1-i cümə axşamı saat 10.00-dan etibarən 16.00-a qədər davam edəcəkdir. Qeyd etmək lazımdır ki, bu xəbər Xarici İşlər Nazirliyi və Bakıda yerləşən digər səfirliklərə rəsmi olaraq bildirilmişdir.
 
Mətbuat katibi bir çox ölkələrdən gəlmiş hacıların ölümü ilə nəticələnən Mina faciəsinin ağrılı bir müsibət olduğuna işarə edərək dedi: "Bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə öz minnətdarlığını bildirir".
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.