haberL haberR

İranın daxili işlər naziri Mahabad hadisələri haqda danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 11.05.2015 12:56:22

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli Mahabad hadisələri haqda danışdı
İslamazeri.az-ın IRIB-ə istinadən verdiyi xəbərə görə, İranın Daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli  Tehranda valilərin toplantısı zamanı Mahabad hadisələri haqda danışıb.
 
O, jurnalistlərin suallarını cavablayaraq Mahabaddakı hadisələr haqda deyib ki, oteldə vəfat etmiş Fərinaz Hüsrəvani ilə həbs edilmiş şəxs arasında yaxın münasibətlər olub.
 
Nazirin sözlərinə görə, İrana müxalif mediaların bildirdiyi kimi "Taha" otelində Fərinaza qarşı təcavüz olmayıb və onun ölümündə ittiham olunan şəxs də otel məsələləri üzrə ekspert işləyirmiş: "Hazırda ittiham olunan şəxs həbs olunub və məhkəmə rəsmilərinin ixtiyarındadır". 
 
İranın daxili işlər naziri Əbdürrza Rəhmani sözlərinin sonunda Mahabadda fitnənin yatırıldığını bildirərək bu olaylarda bəzi xarici saytların əhalini təhrik etdiyini və çaxnaşma yaratmaq istədiklərini bildirib.
 
Qeyd edək ki, İranda fəaliyyət göstərməyən saytlar Fərinaz Hüsrəvaninin İranın hüquq mühafizə orqanlarının əməkdaşlarının təcavüz cəhdindən qaçaraq intihar etdiyini yaymışdılar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.