haberL haberR

İranın dondurulmuş valyuta ehtiyatlarının köçürülməsinə başlandı

Kateqoriya: Region Yayımlama tarixi: 19.01.2016 13:09:00

İranın Mərkəzi Bankının rəisi ölkədən kənarda dondurulmuş maliyyə vəsaitinin köçürülməsinə başlandığını bildirib

İslamazeri.az-ın İran mətbuatına istinadən xəbər verir ki, İranın Mərkəzi Bankının rəisi Vəliyullah Seyf jurnalistlərə açıqlamasında deyib: ,"Ötən iki gün ərzində İran iqtisadiyyatı yeni bir atmosferin şahidi olub. Ölkənin bank sistemində də yeni bir atmosfer hiss olunmaqdadır. Buna görə də, Mərkəzi Bank məhdudlaşdırılmış vəsaitinin yerlərinin dəyişdirilməsi ilə bağlı 14 qərar qəbul edib."

İranın Mərkəzi Bankının rəisi əlavə edib: Mərkəzi Bank ötən gün öz dondurulmuş maliyyə vəsaitinin bir hissəsini Yaponiyadakı bankdan Almaniya bankına köçürülməsi qərar verib. Həmçinin, Cənubi Koreyada dondurulmuş pullarının bir hissəsini Ərəb Əmirliklərinin Milli Bankına köçürmək qərarına gəlib.

Vəliyullah Seyf həmçinin deyib: Sanksiyaların ləğv edilməsi ilə pul mübadilələrinin xərci 10-15% azalmış olacaq. Bu da İran iqtisadiyyatının çiçəklənməsində təsirli ola bilər.

V.Seyf sanksiyaların ləğv edilməsi və nüvə anlaşmasının icra edilməsi ilə İranın dondurulmuş 32 milyard dollar pulunun azad edilməsindən xəbər verib və deyib: Bu məbləğin 28 milyard dolları Mərkəzi Banka məxsusdur və onun 4 milyard dolları riyala (İranın pul vahidi) çevirilərək, dövlətin payı olaraq, xəzinəyə əlavə olunacaq.

Valyuta bazarında sabitliyin təmin edilməsi sanksiyaların ləğv edilməsindən sonra dövlətin əsas qayğılarından biri sayılır.

İki gün öncə də ABŞ İranın dondurulmuş pullarından yaranan 1.7 milyard dollar pulu İrana ödəyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.