haberL haberR

İranın ədliyyə naziri Rəfsəncaninin qızının bəhai liderilə görüşündən danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 18.05.2016 18:09:12

Qonşu ölkədə yaranmış qalmaqala Ədliyyə nazirinin müavini münasibət bildirib

İslamazeri.az-ın "Fars" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bir neçə gün öncə Ayətullah Rəfsəncaninin qızı Faizə Haşiminin Bəhai rəhbərləri ilə görüşü, İranda qalmaqala səbəb olmuşdu ətraflı.
Bununla bağlı ədliyyə naziri müavini Möhsin Ejei münasibət bildirib.
Faizə Haşiminin addımını çox pis və mənfi addım kimi dəyərləndirən Ejeri deyib: "Mənim izlədiyimə görə, bir çox təqlid mərcələri, alimlər, xalq kütlələri və hətta atası belə onun bu addımını qınayıb. Bundan daha pis budur ki, o atasının istəyinə fikir verməyib, üzr istəməkdən boyun qaçırıb. Bu həqiqətən də təəssüf olunasıdır. Bu mövzu digər cinayətlər kimi araşdırılacaq və qanuna uyğun olaraq dəyərləndiriləcəkdir."

Qeyd edək ki, bəhailik İranda qadağan olunmuş  qeyri-ənənəvi dinlərdən sayılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.