haberL haberR

İranın eks naziri ABŞ-ın "Yumşaq İslam" layihəsi və casusları haqda...

Kateqoriya: Region Yayımlama tarixi: 03.03.2016 14:07:21

İranın sabiq Kəşfiyyat və İnformasiya naziri tədbirlərin birində maraqlı açıqlmaları ilə İran mediasının gündəmində yer alıb

İranın sabiq Kəşfiyyat və İnformasiya naziri Heydər Moslihi bir neçə gün öncə təşkil olunan tədbirdə ABŞ-ın "yumşaq islam" modeli üçün böyük miqdarda maliyyə ayırdığını bildirib.

İslamazeri.az İran mediasına istinadən xəbər verir.

Xəbərə görə, Heydər Moslihi çıxışı zamanı ABŞ xüsusi xidmət orqanlarına casusluq edən şəxs haqqında bəzi məlumatları verərək deyib: "Amerikan intitutları İraqdakı kürdlər, İran, Əfqanıstan və Pakistandakı bəluçlar haqqında məqalələr tələb edirlər. Sonra bu məqalələri toplayaraq üzərində araşdırma aparırlar. Etnik araşdırmadan sonra  məzhəbi araşdırmalar başladırlar. Bundan sonra məqsədlərinə çatmaq üçün hədəflərindəki məzhəbə uyğun bir qrup yaradırlar. Düşmənlər bunun üçün xüsusilə böyük maliyyə vəsaitləri ayırır."

Sabiq nazir sözlərinin davamında "Düşmən Müsəlman dünyasındakı siyasətçilər, ictimai xadim və icmaların İrandakı İslam İnqilabından örnək almaması üçün və əsil islamın yayılmaması üçün İslam Dünyasında "yumşaq və Rəhmani İslam" adı ilə yeni bir düşüncə və o düşüncənin yayılmasını həyata keçirməyə başladılar.  ABŞ  və İngiltərə Kəşfiyyatı (CİA, M16) bu məsələnin üstündə işləməkdədir. "Yumşaq İslam"la paralel olaraq İŞİD və digər təkfirçiləri ortaya çıxarmaq və  dəstək vermək öz iddaları ilə təzad təşkil edir", - deyə danışıb.

Moslihi həbs olunan ABŞ casusu haqqında bunu deyib: "Bir müddət əvvəl Amerika tərəfindən idarə olunan bir casus həbs olundu. Layihəyə görə, bu casus sadəcə Tehranda müxtəlif mədəni, ictimai və sosial sahələrdə bir neçə milyon dollar xərcləməli imiş. ABŞ casusu bütün xeyirxah insanlar, cümə imamları, valilərlə görüşərək öz layihələrini xalq üçün etdiyini inandırmağa çalışıb. ABŞ mədəni və sosial sahələrdə işləməsi üçün ona milyonlarla dollar verib."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.