haberL haberR

İranın Livandakı səfirliyi qarşısında terror aktı törədənlərə hökm oxunub

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.04.2015 19:16:02 3423 dəfə oxunub.

Terrorçular müxtəlif həbs cəzalarına məhkum ediliblər

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, 2 il öncə Livanda teror aktı törədənlər müxtəlif həbs cəzasına məhkum ediliblər.

Mənbənin verdiyi məlumata əsasən, 2 il öncə Livanda İran səfirliyi yaxınlığında törədilən teror aktını üzərinə götürən "Abdullah Əzzam" teror qruplaşmasının üzvlərinin bu günlərdə məhkəməsi keçirilib.

Məhkəmədə qrup kamandirləri Camal Dəftərdar 7 il, Muhəmməd Bəssam Həmud 5 il, Hesam əs-Səbağ 2 il, Bəkri isə 3 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, həmin teror aktında biri höccətül-islam olmaqla, 25 nəfər həyatını itirmiş, 150 nəfər isə yaralanmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.