haberL haberR

İranın müdafiə naziri Rusiyaya səfər edəcək

Kateqoriya: Region Yayımlama tarixi: 16.04.2016 8:56:17

İranın müdafiə naziri Hüseyn Dehqan aprelin 26-27-də Moskvaya səfər edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nazir Rusiya paytaxtında keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcək.

 

Onun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü nəzərdə tutulub.

 

“Son iki ildə İran və Rusiya müdafiə nazirləri beş dəfə görüşüblər. Bu dəfə Hüseyn Dehqan Moskvaya təhlükəsizlik konfransında iştirak etmək üçün gəlir. Ümumiyyətlə, hər iki ölkənin müdafiə nazirləri daim təmasdadırlar”, deyə İranın Rusiyadakı səfiri Mehdi Sənayi bildirib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.