haberL haberR

İranın müdafiə naziri: Suriyanın Xan Tuman bölgəsi terrorçulardan təmizlənəcək!

Kateqoriya: Region Yayımlama tarixi: 15.05.2016 14:21:47

İranın müdafiə naziri Suriyanın Xan Tuman bölgəsini terorçulardan geri alacaqlarını bildirib.

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, bölgənin vəziyyətinin böhranlı olduğunu deyən İranın müdafiə naziri general mayor Hüseyn Dehqan qeyd edib: “İslam müqavimətçiləri Xan Tumana olunan hücumlar müqabilində dözümlüdürlər və şübhəsiz ki, bu bölgə geri alınacaq. Dünyanın müxtəlif bölgələrindən Suriya və müqavimət əleyhinə insanlar cəm olurlar. Onların hədəfi həqiqi islamın bölgədən uzaqlaşdırılmasıdır. Bir halda ki, islam övladları bu böhranlı vəziyyətdə bütün varlıqları ilə dinlərini müdafiə edirlər."

İranlı nazir Xan Tumanın atəşkəs sırasında hücuma məruz qaldığını bildirərək "Xan Tumana hücum olunan zaman qarşılıqlı atəşkəs qeydə alınmışdı. Suriya tərəfi buna sadiq qalsa da, “Nusra cəbhəsi” atəşkəsi pozaraq bölgəyə hücum etdi.”, - deyə əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.