haberL haberR

İranın nüvə üzrə müzakirə heyətinin sədri qələmi Con Kerriyə niyə atıb?

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 23.03.2016 00:08:26

İranın nüvə üzrə müzakirə heyətinin sədri Abbas İraqçı maraqlı açıqlamaları ilə gündəmə gəlib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranın nüvə üzrə müzakirə heyətinin sədri və XİN-rəhbərini müavini Seyid Abbas İraqçı ABŞ-ın müzakirə heyətilə söhbət zamanı bəzən əks tərəfin kobud və zorakı sözlərinə tuş gəldiklərini, lakin buna daima daha kəskin şəkildə cavab verdiklərini bildirib.

O mediadan gizli qalan bir olayla bağlı bunları deyib:  “Onlar səs tonlarını yüksəltdiyi zaman  biz də eynilə cavab verirdik. Hətta görüşlərin birində ölkəmiz tərəfindən mən və cənab nazir Məhəmməd Cavad  Zərif idi (red: İranın XİN rəhbəri), əks tərəfdən isə Con Kerri (red: ABŞ dövlət katibi)  və xanım Helqa Şmit (red: Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini). Doktor Zərif mövzu barədə fikrini söylədiyi zaman Con Kerri əsəbləşərək əlini masaya bərk vurdu. Masada olan qələm əl zərbəsi ilə mənə dəydi. O bilərəkdən bunu etdiyini zənn etməsəm də, mən qələmi dərhal ona tərəf atdım. İclasda olanların çoxu təəccüblədi. ABŞ rəsmisinə qarşı heç kimin bu hərəkəti edəcəyinə inanmırdı.”

Qeyd edək ki, dünən Məşhəd şəhərində İran İnqilab Rəhbəri Ayətullah Xamenei nüvə üzə müzakirə heyətinin haqqında "Son nüvə razılıqlarında da hörmətli xarici işlər nazirimiz mənə “Biz bütün qırmızı xətlərimizi qoruya bilmədik”-deyə bildirdi", - deyərək İranın nüvə üzrə müzakirə heyətinin işini lazımi hesab etmədiyini dolayısı yolla bildirib. Çıxışın tam mətni Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.