haberL haberR

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıdadır

Kateqoriya: Region Yayımlama tarixi: 02.08.2016 18:19:02

Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazirlikdən İslamazeri.az-a verilən məlumata görə, XİN rəhbəri Elmar Məmmədyarov İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etdiyi qeyd olunaraq, nəqliyyat, əczaçılıq, maşınqayırma, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər prezident İlham Əliyevin təşəbbüsü ilə avqustun 8-də keçiriləcək Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıblar. Şimal-Cənub nəqliyyat dəhlizinin dövlət başçılarının üçtərəfli görüşündə əsas mövzulardan biri olacağını qeyd edən nazirlər bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.