haberL haberR

İranın yardım təyyarəsi Səudiyyə qırıcılarının hədəfində (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.04.2015 17:48:25 4000 dəfə oxunub.

İranın yardım təyyarəsi Səudiyyə qırıcılarının təhdidinə tuş gəlib

İslamazeri.az "Alalam"a istinadən xəbər verir ki, iranlı pilotun bildirdiyinə əsasən, bütün beynəlxalq qaydalara əməl etmələrinə baxmayaraq, yardım kampaniyasının Yəmənə daxil olmasına icazə verilməyib.

İrandan hərəkət edərək Omandan Yəmənə daxil olmaq istəyən yardım təyyarəsi Səna Hava Limanına enmək istədiyi zaman hava limanı əməkdaşları tərəfindən Səudiyyə Ərəbistanının onların enməsinə icazə vermədiyini bildirib.

İran təyyarəsi enməyə israr etdiyi zaman Səudiyyəyə məxsus olan iki F15 qırıcıları bu təyyarəni əhatə edib.

Pilotun bildirdiyinə görə, onlar təyyarəyə çox yaxınlaşıblar. Belə ki, açıq şəkildə onların əl təhdidlərini nümayiş etmək mümkün idi: 

"Qırıcılar onların ardıyca getməyimizi tələb etsələr də, biz onlara fikir vermədik. Enmək istədiyimiz zaman isə yenidən məsullar əlaqə saxlayaraq Səudiyyə qırıcılarının hava limanını bombaladıqlarını bizə dedilər. Biz onlara şəraiti hazırlamalarını xahiş etdik. Enmək istədiyimizdə bombardmanın hələ də davam etdiyini görərək qayıtmaq məcburiyyətində qaldıq".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.