haberL haberR

"İranla Səudiyyə arasında döyüş olarsa..." - Hərbi ekspertlər nə deyir?

Kateqoriya: Münasibət Yayımlama tarixi: 08.01.2016 0:21:42

İranda Səudiyyəyə məxsus diplomatik korpuslara etirazçıların hücumu, Səudiyyənin İran səfirliyini bombalaması - iki ölkə arasında əlaqələri pik həddə pisləşdirib
Hazırda dünya ictimaiyyəti "müharibə başlayacaqmı" sualına cavab axtarırlar.
Düzdür Səudiyyənin müdafiə naziri Məhəmməd ibn Salman Əl-Səud "Ekonomist" jurnalına müsahibəsində müharibə istəmədiklərini bildirib. Ətraflı
Rusiyalı hərbi eksperləri isə müharibə ehtimallarını araşdırıblar. İslamazeri.az-ın "avrasiya.info" saytına istinadən verdiyi xəbərə görə, Yaxın Şərq institutunun prezidenti Yevgeniy Satanovskiy İran və Səudiyyə Ərəbistanı ilə müharibə olacağı təqdirdə ikinci tərəfin böyük itkilər verəcəyini bildirib.
 "Life.ru"-ya danışan ekspert deyib: "Əgər İran və Səudiyyə Ərəbistanı üz-üzə gəlsələr, Səudiyyə Ərəbistanı sadəcə yox olacaq, özü də tez bir zamanda" .
Yevgeniy Satanovskiy sözlərinin davamında deyib: "Səudiyyə Ərəbistanı varlı olsa da, İran- ciddi ölkədir. Açıq konflikt olsa, Tehran regionda özünə kifayət qədər müttəfiqlər tapacaq. Ər-Riyad isə ABŞ-dan kömək gözləsə də, həmin köməyi almaya da bilər".
 
İran ilə Səudiyyə Ərəbistanı arasındakı konflikti araşdıran "politonline.ru" saytına görə, bu iki ölkə arasında ola biləcək müharibənin detalları hərbi mütəxəssislər tərəfindən çox illər qabaq proqnozlaşdırılıb. Saytın analitik yazarı Alya Pustova hərbi ekspertlərə istinadən yazır: "Atom proqramından imtina etməsinə baxmayaraq, İranın hərbi bazalara və digər hərbi obyektlərə qarşı istifadə ediləcək dəqiq raketləri az deyildir. Həmin raketlərin vurma məsafəsi kifayət qədər uzaqdır və səudiyyəlilərin neft və qaz çıxardığı şərq regionunu əhatə edir. Tehran həm də Səudiyyə aviasiyasını çaş-baş salacaq çoxlu "saxta" raket bazaları da yaratmışdır. Ən yaxşı halda səudiyyəlilər ölkənin qərbindəki aerodromlara aviasiya yerləşdirəcəklər, ancaq bu az effekt verəcək. Səudiyyəlilər portlardakı flotu hökmən çıxarmalı olacaqlar, əks təqdirdə flot İran tərəfindən məhv ediləcək. Flot iranlılara hücum etməyə cəhd göstərsə, batırılacaq".
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.