haberL haberR

İranlı deputatdan Almaniya kanslerinin "İsrail şərti"inə cavab: "Yuxunuzda..."

Kateqoriya: Region Yayımlama tarixi: 18.02.2016 13:28:41

İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədr müavini Almaniya kanslerinə cavab verib

İslamazeri.az-ın “Shabestan” agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur Angela Merkelin “İran bizimlə dost əlaqələri qurmaq istəyirsə, İsraili rəsmi olaraq tanımalıdır” sözlərinə cavab verib.

Deputat Merkelinin bu şərtini tənqid edərək deyib: “Dünya kiçik deyil və Almaniyadan başqa çox ölkələr mövcuddur. Merkel cinayətkar, uşaq qatili olan Sionist rejimini rəsmi olaraq tanımamızı yuxuda görər. Bu mövqeyi ilə Almaniya özü ziyan görəcək. Merkel ölkəsinin şirkət və fabriklərinin də cavabını bu formada verər."

Mənsur Həqiqətpur  sözlərinin davamında "Merkelin bu sözləri iki ölkə arasında olan əlaqələrə ziyan vuracaqdır. Merkel Sionist rejiminin Almaniyada olan nümayəndəsidir. O bilməlidir ki, ölkəmizin prinsiplərindən biri məhz cinaytkar rejimlə mübarizədir və heç vaxt onları rəsmi olaraq tanımayacağıq. Biz, Fələstin xalqını dəstəkləməyə davam edəəcyik”, - deyə bildirib.

 

Qeyd edək ki, Almaniyanın federal kansleri  Angela Merkel Berlində İsrail rejiminin baş nairi Benyamin Netanyahu ilə birlikdə qatıldığı konfransda Almaniyanın İranla əlaqələri yaxşılaşdırması üçün - İslam Respublikasının İsraili dövlət kimi tanımasını istəmişdi. Ətralı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.