haberL haberR

İranlı general: ABŞ-İsrail cütlüyü sünni-şiə ixtilafı ilə hədəflərinə çatmaq istəyirlər

Kateqoriya: Region Yayımlama tarixi: 28.06.2016 16:50:36

İran İsam Respublikasının Silahlı Qüvvələrinin Qərargah rəisinin müavini general-mayor Məsud Cəzairi bölgədə olan son durumla bağlı fikirlərini bölüşüb

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanın İraqın daxili işinə müdaxilə etməyə haqqı çatmadığını deyən Məsud Cəzairi bildirib: “Səud kralları, İraq milləti və dövlətinin verəcəyi qərarlara yaddırlar və müdaxilə etməyə haqları yoxdur. İŞİD-in hardan yarandığını nəzərə almalıyıq. İnkar olunmaz faktlara əsasən, ABŞ, İsrail rejimi, Səudiyyə kralları, Türkiyə, İŞİD-in ərsəyə gəlməsində şərikdirlər. İraq xalqı qəhrəmancasına vətənlərini terrorçulardan təmizləməyə çalışırlar. Şiələr sünnülər üçün, sünnülər şiələr üçün savaşırlar. Səud rejiminin İraqın irəlləməsindən narahat olmaları təbiidir.”

Bölgədə ABŞ və İsraili təmsil edən qüvvələrin savaşının şahidi olduğunu deyən İran İsam Respublikasının Silahlı Qüvvələrinin Qərargah rəisinin müavini general-mayor Məsud Cəzairi  “Ərəbistanın vəhhabilərlə birgə bölgədə stratejik vəzifələri var. Onların vəzifələri, rəhmət dini olan islamın simasını aradan aprmaqdır. ABŞ və İsrail şiə-sünnü arasında ixtilaf yaradaraq məqsədlərinə çatmaq niyyəindədirlər.”, -deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.