haberL haberR

İranlı general: "Təkfirçi terrorizm bütün bəşəriyyət üçün təhdiddir"

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.08.2016 18:25:16

"Əgər onların əlinə belə fürsət düşsə, onlar bütün Avropanı yerlə bir edəcəklər..."

İslamazeri.az-ın "ParsToday"-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikası "Qüds" korpusunun başçısının müavini Həmid Mohtəsabadi bildirib: "Müqəddəslərin hərəmlərin müdafiəçilərinin etdikləri təkcə hərəmlərin müdafiəsi yox, bütün insanlığın müdafiəsidir."

Dünən Qumda çıxış edən Həmid Mohtəsabadi əlavə edib ki, əgər təkfirçi terrorizm ayağa qalxsa, heç sünni hərəmlərinə belə rəhm etməyəcək və əgər onların əlinə belə fürsət düşsə, onlar bütün Avropanı yerlə bir edəcəklər və bu ölkələr yadda saxlamalıdırlar ki, əgər müqəddəslərin və məsumların hərəm müdafiəçilərinin cihadı olmasaydı, bu gün bir çox Avropa ölkələrinin paytaxtları təkfirçi terrorizmin qurbanına çevrilmiş olardı.

"Amerika son on illiklər ərzində regionda iki böyük kobud səhv buraxıb və hər iki məlum aksiyalar müqavimət qüvvələrinin və mövqelərinin möhkəmlənməsinə səbəb olub. Onların ilk səhvi 11 sentyabrdan sonra baş verənlər, ikinci isə İŞİD-in yaranmasından sonra baş verənlərdir." - deyə İranlı general əlavə edib.

Mohtəsabadi deyib ki, İŞİD-in mövcudluğu müqavimətin müdafiəsi üçün meydana çıxmış bütün müsəlman xalqları birləşdirib və onları qəhramancasına addımlar atmağa sürükləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.