haberL haberR

İranlı kişi oğlunun qatilini edam zamanı bağışlayıb (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.05.2015 13:46:29 5798 dəfə oxunub.

İranda 89 yaşlı kişi oğlunun qatilinin boğazından edam kəndirini açıb

İranda bir nəfər oğlunun qatilini edam zamanı bağışlayıb.

İslamazeri.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto böyük izləyici rəğbəti qazanıb. 89 yaşlı iranlı Möhsün‬ adlı fermerin ‪ bir neçə müddət bundan əvvəl gözünün ağı-qarası olan oğlu qətlə yetirilib. Qatil İran hüquq-mühafizə orqanları tərəfindən tutularaq aidiyyəti üzrə İran qanunlarıyla məsuliyyətə cəlb olunub. Amma bu gün Möhsün oğlunun qatilini bağışlayıb.

Qeyd edək ki, qatil barəsində ölüm hökmü 8 may tarixində həyata keçəcəkdi. O,  bu gün edam olunacaqdı. Amma göründüyü kimi, qətlə yetirilənin atası oğlunun qatilini bağışlayır. Bu mənzərə İranın özündə olmaqla yanaşı dünyanın bir çox yerlərində böyük maraq doğurub. Məlumata görə,  Möhsün özü caninin boğazından kəndiri çıxarıb.

İranlı kişi oğlunun qatilini edam zamanı bağışlayıb (Foto)

/haberimaj/habergaleri/3P0A2K3M2X9B.JPG
  1. İranlı kişi oğlunun qatilini edam zamanı bağışlayıb (Foto)

  2. İranlı kişi oğlunun qatilini edam zamanı bağışlayıb (Foto)

  3. İranlı kişi oğlunun qatilini edam zamanı bağışlayıb (Foto)

  4. İranlı kişi oğlunun qatilini edam zamanı bağışlayıb (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.