İranlı nazir: İran və Azərbaycan dəmiryol şəbəkələri birləşdirilir

İslamzeri.az-ın "Səhər TV"yə istinadən verdiyi xəbərə görə, bu sözləri İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib
Abbas Axundi Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşdə iki ölkə arasında yol və nəqliyyat sahəsində əməkdaşlıqların genişləndirilməsi haqda deyib: "İran Azərbaycan yolu ilə dünya bazarlarına və Qara dənizə çıxışının təmin edilməsi üzrə təklifi araşdırılmalıdır."
" Bu layihənin icra edilməsi üçün bir konsorsiyum yaradılıb. Hazırda bu layihənin maliyyələşdirilməsi ilə bağlı qərar çıxarılmaqdadır." deyən İranlı nazir Rəşt-Astara dəmiryolu layihəsi haqda danışarkən deyib.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də ölkəsinin Rəşt-Astara dəmiryolu layihəsinin icrasında sərmayə qoyuluşuna maraqlı olduğunu vurğulayıb: "Bu məsələnin reallaşdırılması üçün Azərbaycan və İranın müştərək iqtisadi əməkdaşlıq komissiyasının iranlı və azərbaycanlı həmsədrləri arasında danışıqlar aparılır."
İRNA-nın məlumatına görə, İran və Azərbaycan arasındakı illik ticarət dövriyyəsinin həcmi 270 milyon dollardır. İran iki ölkə arasındakı dini, tarixi və mədəni bağları nəzərə alaraq, ticarət əlaqələrinin həcmini 5 milyard dollara qədər artırmaq niyyətindədir
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.