haberL haberR

İranlı qadın tədqiqatçı yeni dərman kəşf etdi

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 15.04.2015 16:25:09

Zöhrə Faezizadə kəşf etdiyi dərman haqda açıqlama verib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə,  iranlı qadın tədqiqatçı Zöhrə Faezizadə etdiyi açıqlamada bəzi bitki maddələrinin dərmanların alınması üçün istifadə olunan nano dənəciklərində yerləşmə xüsusiyyətinə malik olduqlarını və özlərinin də bu yoldan istifadə edərək dəvətikanı bitkisinin bakterial infeksiyaların müalicəsi üçün çox təsirli olan yeni nanotik antibiotik əldə etdiklərini söyləyib.

Zöhrə Faezizadə və birgə çalışdığı digər tədqiqatçıların bu məsələ ilə bağlı əldə etdikləri uğurlar "Iranian Journal of Pharmaceutical Research" jurnalının 2015-ci il sayında dərc olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.