haberL haberR

İranlı sahibkarlarla əməkdaşlıq ediləcək

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 30.08.2016 18:22:41

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.

Azərbaycan toxumçuluq sahəsi üzrə İranlı sahibkarlarla əməkdaşlıq edəcək. 

Xəbərdə deyilir ki, Azərbaycanda toxum fondunun, eyni zamanda bu sahə üzrə birgə müəssisələrin yaradılması və toxum mübadiləsinin aparılması müzakirə edilib.

Qeyd edək ki, bu gün nazir müavini İlham Quliyev İranlı sahibkarlarla görüşüb. İranın “Pishgaman Sabz Urmia” Biznes Şirkətinin icraçı direktoru Sirvan Ərdalanzadə İranda əkilən arpa və buğda sortlarının Azərbaycanda, Azərbaycanda da əkilən arpa və buğda sortlarının isə İranda sınaqdan keçiriləcəyini deyib. S.Ərdalanzadənin şırkətinə 200- dən çox sahibkar üzvdür. Şirkət 75 buğda və arpa sortlarının toxumçulğu ilə məşğuldur. Şirkətdə 400 min ton arpa və buğda toxumu istehsal edilir, toxuma təlabatın 90 faizii bu şirkət tərəfindən ödənilir. İranlı sahibkarlar yerli fermerlərlə görüşəcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.