haberL haberR

İraq ABŞ-dan 4 F-16 qırıcısı alıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.08.2016 17:03:19

Ümumilikdə isə ABŞ İraqa 36 qırıcı satmağa razı olub.

İslamazeri.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, İraq Müdafiə Nazirliyinin təmsilçisi general-mayor Təhsin İbrahim bildirib ki, İraq HHQ ABŞ-dan 4 çoxfunksiyalı yüngül qırıcı "F-16 Fighting Falcon" alıb.

İbrahim bildirib ki, yeni təyyarələr ölkə HHQ-sini İŞİD terror təşkilatı yaraqlıları ilə mübarizə çərçivəsində gücləndirəcək.

Qeyd edək ki,yeni partiya ilə birgə İraq HHQ-sinin silahlanmasında olan F-16 qırıcılarının sayı 8-ə çatıb. Ümumilikdə isə ABŞ İraqa 36 qırıcı satmağa razı olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.