İraq bir daha Türkiyəyə etiraz etdi: "Səbrimiz tükənib"

İslamazeri.az-ın “Sumiriyyanews”-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xarici işlər naziri İbrahim Cəfəri səfirlərlə görüşündə deyib.
ABŞ, İngiltərə və Fransanın səfirləri ilə görüşdə Cəfəri deyib: “Türk qüvvələrinin torpaqlarımızda olmaları haqlarımızın aşkarcasına pozulması deməkdir. Bu qonşuluğa sığmayan bir addımdır. Dost ölkələr bu barədə daha ciddi mövqe sərgiləsinlər. İraq diplomatik olaraq məsələyə yanaşsa da, türk tərəfindən bir cavab verilmir. Buna dözməyə artıq səbrimiz tükənib.”
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Türkiyədən hərbi yardım istədiyini və bu istəyə cavab olaraq türk əsgərlərin İraqa daxil olduğunu bildirmişdi. Prezident daha sonra media ilə görüşdə jurnalistlərdən birinin İraq rəsmilərinin belə bir istəkdə olmadıqlarını bildirmələrini xatırlatdığında bildirmişdi ki, əgər bu sübut edilsə prezidentlik kürsüsündən imtina edəcək.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.