haberL haberR

İraq hərbçiləri Bağdad yaxınlığında 19 İŞİD silahlısını məhv edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.05.2016 16:59:15

Maşınlar “Allas” neft yatağına yaxınlaşan zaman iki terrorçu və daha 3 İŞİD üzvü Məkhul şəhəri yaxınlığındakı döyüşlər zamanı öldürülüb.

İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, İraq hərbçilərinin Bağdad yaxınlığıda İŞİD terror təşkilatının silahlıları ilə döyüşlərdə 19 terrorçu öldürülüb.

9 terrorçunun üzərinə partlayıcı bağlayıb, Fəllucə şəhərinə daxil olaraq orada terror törətmə istəyən zaman, İraq hərbçiləri İŞİD terrorçularına qarşı əməliyyat təşkil ediblər. Əsgərlər bütün terrorçuları məhv edə biliblər.

Daha beş “kamikadze” əl-Fəllucə ilə Babil əyaləti arasındakı hərbi blok-posta hücum edərkən öldürülüb.

Bağdaddan 170 kilometr şimalda yerləşən Səlahəddin əyalətində İŞİD terror təşkilatının 2 avtomobili məhv edilib. Maşınlar “Allas” neft yatağına yaxınlaşan zaman iki terrorçu  və daha 3 İŞİD üzvü Məkhul şəhəri yaxınlığındakı döyüşlər zamanı öldürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.