haberL haberR

İraq hərbçiləri Fəllucədən qərbdə 80 İŞİD yaraqlısını məhv edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.05.2016 14:44:14

İraq hərbçiləri Fəllucədən qərbdə yerləşən Xaldiyə rayonunda İŞİD terror təşkilatının ən azı 80 yaraqlısını məhv ediblər

İslamazeri.az-ın "Almada Press" agentliyinə istinadən verdiyi xəbərə görə, İraq hərbçiləri bazar ertəsi günü, 2014-cü ildə işğal edilmiş Fəllucənin azad edilməsi üzrə əməliyyata başlayıblar.

Əl-Xaldiyə şurasının başçısı Əli Davudun agentliyə bildirdiyinə görə, hərbçilər burada Fəllucənin şimal-qərb ətrafına çıxa bilmək üçün irəliləyirlər.

“Müştərək güclər əl-Xaldiyənin təmizlənməsi üzrə döyüşlərdə 80-dən çox İŞİD yaraqlısını məhv edə biliblər, onların arasında həm ərəblər, həm də xaricilər var, həmçinin onların istifadə etdikləri bir neçə gizli tunel də məhv edilə bilib.” – deyə Əli Davud bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.