İraq hərbçiləri İŞİD tərəfindən tutulmuş Fəllucəyə girib
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 30.05.2016 10:42:34

İslamAzeri.az AFP agentliyinə istinadən verdiyi xəbərə əsasən, İraq hərbçiləri İŞİD terror təşkilatı tərəfindən işğal edilmiş Fəllucə şəhərinə daxil olublar.
“Biz bu gün səhər tezdən Fəllucəyə girmə üzrə əməliyyata başlamışıq”, – deyə anti-terror xidmətinin rəsmi nümayəndəsi agentliyə bildirib. Məlumata əsasən, hərbçilər şəhərə 3 istiqamətdən daxil olublar.
İraq hərbçiləri Fəllucənin azad edilməsi üzrə əməliyyata bir həftə öncə başlayıblar. Bu vaxt ərzində ordu bir neçə yaşayış məntəqəsini azad edib. Bundan əlavə, İŞİD-in şəhər başçısı – Hacı Həmzə öldürülüb.
Ordu şəhərə hücumdan öncə sakinləri şəhəri tərk etməyə səsləyib. Bunu edə bilməyənlərə isə, terrorçuların bazalarından uzaq durmağı və evlərdən ağ bayraq asmağı məsləhət görüblər.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.