haberL haberR

İraq HHQ Mosul üzərindən vərəqlər səpələyiblər: İŞİD-ə kömək etməyin

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.08.2016 21:09:11

Mosul sakinlərinƏ iraq Ordusunun Əks-Təbliğat Təşviqat briqadasından mesaj verilib

İslamazeri.az-ın Kürdistan Vətənpərvər İttifaqının (KVİ) media-mərkəzinə istinadən verdiyi xəbərə əsasən, İraq aviasiyası dinc sakinlərə ünvanlanmış vərəqələri Mosul üzərindən səpələyib. Xatırladaq ki, Mosul İraqın böyüklüyünə görə ikinci şəhəridir və artıq ikinci ildir ki, İŞİD terror təşkilatı yaraqlılarının nəzarəti altındadır.

Vərəqlər özündə İraq ordusunun “Mosul vətəndaşları (sakinlərini) öz yerlərində olmağa və olduğu qədər İŞİD sığınacaqlarından uzaq olmağa səsləyən” bəyanatı ehtiva edir.

“Vərəqlərdə həmçinin sakinlər xəbərdar olunublar ki, onlar terrorçulara heç bir dəstək verməsinlər.”, - deyə media-mərkəzindən bildiriblər.

“İraq hərbçilər birinci dəfə deyildir ki, şəhərin azad edilməsi üzrə qarşıdan gələn əməliyyat haqda vətəndaşları məlumatlandıraraq Mosul üzərindən vərəqələr səpələyirlər.”, - deyə media-mərkəzdən bildiriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.