haberL haberR

İraq Hizbullahı: İŞİD bölgələrində ABŞ silahları ələ keçirdik

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.12.2014 15:51:34 2745 dəfə oxunub.

İŞİD-dən təmizlənən bölgələrdə ABŞ istehsalı silahlar tapılıb.

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, İraq Hizbullah Hərəkatının Baş Qərargah rəisinin müavini Hüseyn Ramahi İŞİD terror təşkilatından təmizlənən bölgələrdə çox sayda ABŞ istehsalı silahların ələ keçirildiyini bildirib. 
 
ABŞ-ın İŞİD-ə dəstək verərək İraqdakı əmin-amanlığı pozduğunu deyən Ramahi, terrorçulara havadan silah göndərərək sonra da bunu yalnışlıq adlandırmağın məntiqə sığmadığını qeyd edib.  

Qeyd edək ki, bir ay öncə ABŞ kürdlərə silah yardımını "səhv"ən İŞİD-ə paraşütlərlə göndərmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.