haberL haberR

İraq "Hizbullah"ı: İŞİD-ə yardım edən təyyarələr vurulacaq

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.02.2015 19:02:14 2869 dəfə oxunub.

İraqda İŞİD təkfirçi terror qruplaşmasına yardım edən ABŞ təyyarələri və vertalyotları vurulacaq

İslamazeri.az-ın "Mosua əl-Irak"-a istinadən verdiyi xəbərə görə, İraq "Hizbullah"-ı açıqlayıb ki, hərbi birlikləri hava hədəflərini vura bilən zenit raket kompleksləri ilə təmin ediblər. Bundan sonra İŞİD təkfirçi terror qruplaşmasına havadan yardım edən təyyarə və vertalyotlar zenit kompleksinin hədəfindədir.

İraq "Hizbullah" briqadaları yaydığı məlumatda, yeni və təkmilləşdirilmiş silahlar əldə etdiklərini, bununla hər hansı şəraitdə düşmən hədəfi vura biləcəklərini və İŞİD-ə yardım göndərilməsinin qarşısını alacaqlarını qeyd edib.

İraq təhlükəsizlik orqanın rəsmiləri dəfələrlə hansı ölkəyə aid olduğu müəyyən edilməyən təyyarə və vertalyotların İŞİD-in nəzarəti altında olan məntəqələrə havadan qida, dərman və silah-sursat bağlamaları atdığını açıqlayıblar. 

İraq xəbər agentlikləri qeyd olunan vertalyotların 6 fevralda Fəllucədə İŞİD-in nəzarəti altında olan stadiona, 9 fevralda Zerbatiyə şəhərinin Dahilə bölgəsinə endiyini açıqlayıb.

İraq Məclisi Qorumaq və Təhlükəsizlik Komissiyasının sədri Hakim Zamili 11 fevral tarixində beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi vertalyotların İŞİD-in nəzarəti altında olan məntəqələrə çox sayda silah və qida yardımı atdığına dair əllərində tutarlı dəlillərin olduğunu açıqlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.