haberL haberR

İraq "Hizbullah"ı koalisiya qüvvələrinə xəbərdarlıq etdi: "Bir də təkrarlanarsa..."

Kateqoriya: Siyasət Yayımlama tarixi: 14.03.2015 15:01:45 4564 dəfə oxunub.

İraq "Hizbullah"ı ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya qüvvələrinə xəbərdarlıq edib

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraq "Hizbullah"ı Amerikanın rəhbərliyi ilə yaradılan İŞİD-ə qarşı koalisiya qüvvələrinin Ramadidə İraq ordusuna qarşı həyata keçirdiyi hava hücumlarının təkrar etməsi halında, ölkə ərazisindəki Amerika hədəflərini vuracaqları barədə xəbərdarlıq edib.

İraq "Hizbullah"ının rəhbəri Hüseyn əl-Ramahi bu barədə belə danışıb:  "İraq ordusu və könüllü xalq ordusuna qarşı koalisiya dövlətləri tərəfindən həyata keçirilən məqsədyönlü hava hücumlarının davam etməsi halında, İraqdakı Amerika hədəflərini vuraraq, cavab verəcəyik" .

Xatırladaq ki, Amerikanın rəhbərliyi altında İŞİD-ə qarşı yaradılan koalisiya təyyarələrinin Əbu-Ziyab bölgəsinə endirdiyi hava zərbələri nəticəsində 50-ə yaxın İraq əsgəri həyatını itirmişdi. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.